Xidmətlərimiz


Münasib və keyfiyyətli xidmətlərimizdən yararlanın.


Şifahi və yazılı tərcümə

Əziz həmvətənlilərimiz,


burada sizə tərcümə xidmətimizlə bağlı bir az daha geniş formada məlumat vermək istəyirik. Tərcümə etmək özü bir sənətdir və yalnız sözlərin başqa bir dildə qarşılığını yazmaqla bitmir. Önəmli olan, mətnə uyğun olaraq əsas mənanı müəyyən etməkdir. Məhz bu, tərcüməçini peşəkar edir.


Tərcümə xidmətlərimiz həm şifahi, həm də yazılı formada həyata keçirilir.


Yazılı tərcümə edilən sənədlər sizin istəyinizdən asılı olaraq rəsmi möhürlə təsdiq edilir. Möhürlənmiş sənədlər Almaniya, Avstriya və İsveçrə dövlət və ya qeyri-dövlət idarələri, şirkətləri və əsasən də universitetləri tərəfindən tanınır.


Tərcümə etdiyimiz sənədlərin dairəsi genişdir. Bura demək olar ki, bütün növ sənədlər daxildir:


Diplom, Diplom əlavə, Attestat, Şəxsiyyət vəsiqəsi, Pasport, Doğum haqqında şəhadətnamə, Sürücülük vəsiqəsi, Subaylıq haqqında arayış, Hərbi bilet, Əmək kitabçası, Məhkumluq haqqında arayış, Universitetlərdən arayış, Nikah haqqında şəhadətnamə, Boşanma haqqında arayış, Məhkəmənin qərar və qətnamələri, Alman idarələrindən verilən arayışlar, Oturum haqqında arayış (Aufenthaltserlaubnis), Gözləmə haqqında arayış (Duldung), Notarial sənədlər, Kitablar, Məqalələr, Ərizələr və digər sənədlər


Bundan əlavə sizə elmi və ya siyasi tədbirlərinizdə, rəsmi və ya şəxsi görüşlərinizdə şifahi (sinxron) tərcümə xidmətini təklif edirik.


Tərcümə qiymətləri ilə "Qiymətlər" düyməsinin üzərinə basaraq tanış ola bilərsiniz. İmkansız şəxslərə endirim edilməsi mümkündür. Bunun üçün bizimlə əlaqə saxladığınız zaman bu barədə məlumat verməyiniz xahiş edilir.

Bizə edilən çoxsaylı müştəri sorğu və xahişləri məhz hüquqi məsləhət ilə bağlıdır. İlk öncə onu bildirmək istəyirik ki, Almaniya Federativ Respublikasında hüquqi yardım göstərmək hüququ xüsusi qanunla tənzim edilmişdir. Həmin qanuna görə hüquqi xidmət göstərmək hüququ, müəyyən hallar istisna, yalnız vəkil statusu olan şəxslərə aiddir. O səbəbdən, biz, geniş mənada hüquqi xidmət göstərmirik. Hüquqi xidmətlərimiz yalnız tərcümə ilə bağlı işlərlə sərhədləşir. Hüquqi xidmətlərimizə daxildir:


  • Sənədlərinizin notarial qaydada təsdiq olunması ilə bağlı suallarınızın cavablandırılması;
  • Notariusda təsdiq ediləcək sənədin hazırlanması və tərcüməsi;
  • Almaniya idarələrindən aldığınız sənədlərin Azərbaycan Respublikasında etibarlılığı ilə bağlı suallarınızın cavablandırılması və lazımı hərəkətlərin göstərilməsi;
  • Vətəndaşlıq ilə bağlı suallarınızı cavablandırmaq;
  • Dil probleminiz olduğu halda, alman idarələri ilə görüşmək və ya telefonlaşmaq;
  • Səfirliklərə təqdim edilməli olan ərizələrin hazırlanması və s.


Burada qeyd etdiyimizdən başqa hüquqi problemləriniz olduğu zamanda bizimlə birbaşa əlaqə saxlamağınız xahiş edilir. Problemlərinizə sizinlə bərabər həll yolu tapacağıq.


Hüquqi xidmət haqqı hər bir işdən asılı olduğu üçün sabit qiymətlə göstərilməmişdir. Xidmət haqqı, görüləcək işdən asılı olaraq sizinlə şəxsən danışıq zamanı bildiriləcəkdir.

Hüquqi xidmət

Qrammatik düzəliş

(Rechtsschreibprüfung)


Qrammatik düzəliş xidməti xidmətlərimizin əsasən tələbələrə xitab edən hissəsi sayılır. Bu xidmətdən  istifadə edərək yazdığınız elmi işlərinizin və digər yazılarınızın rəsmi və ciddi qəbul edilməsinə nail ola bilərsiniz ki, bu da alacağınız qiymət və cavablara müsbət təsir göstərəcəkdir. Qrammatik düzəliş edilən sənədlərə daxildir:


  • Hausarbeit, Seminararbeit;
  • Referattext, Power-Point-Präsentation;
  • Bachelor-, Diplom- və ya Doktorarbeit;
  • Professorlara yazılan Email-lər və s.


Xüsusən Almaniyada təhsil alan tələbələrə tövsiyyə edilir ki, yuxarıda sadalanan sənədləri qrammatik düzəliş etdirmədən universitetə təhvil verməsinlər. Əks halda arzu olunmayan qiymət və ya kursdan kəsilmək ilə üzləşə bilərsiniz. Vaxtında elmi işlərinizi ciddi qəbul edilən formaya salmağı unutmayın. Hətta bir nöqtə və ya vergülün qoyulmaması alman universitetlərində qiymətin azalmasına səbəb olur. Bunu unutmayın!


Qrammatik düzəliş xidmətinin qiymətləri sabit olaraq müəyyən edilməmişdir. Qiymət, işinizin mövzusu və həcmindən asılı olaraq müəyyən edilərək sizə telefon və ya email vasitəsilə bildiriləcəkdir.